Neymar bu il oynaya bilməyəcək

Neymar bu il oynaya bilməyəcək Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.
Futbol
19 dekabr 2020 13:15
Neymar bu il oynaya bilməyəcək
Neymar

Fransanın PSJ komandasının zədəli futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu üçün 2020-ci il vaxtından tez başa çatıb.

Liqa 1-in XIV turunun "Lion"la oyununda (0:1) sol ayağı burxulan 28 yaşlı forvard bu il meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, təcrübəli oyunçu çempionatda "Lill"lə səfər matçını (20 dekabr) və "Strasbur"la ev qarşılaşmasını (23 dekabr) buraxacaq.

Qeyd edək ki, PSJ 2021-ci ildə ilk oyununu yanvarın 6-da Liqa 1-də "Sent-Etyen"ə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi