Neymar "Barselona"dan onun transferi üçün təklifi artırmağı xahiş edib

Neymar "Barselona"dan onun transferi üçün təklifi artırmağı xahiş edib Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniyanın Barselona klubuna müraciət ünvanlayıb.
Futbol
271
23 Avqust , 2019 16:02
Neymar Barselonadan onun transferi üçün təklifi artırmağı xahiş edib

Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniyanın "Barselona" klubuna müraciət ünvanlayıb. 

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu rəhbərlikdən onun transferi üçün təklif olunan məbləği artırmağı xahiş edib. 

Daha öncə PSJ Kataloniya təmsilçisinin braziliyalı oyunçunu satın almaq maddəsi ilə icarəyə götürmək istəyini geri çevirib. Çünki Fransa klubu qarşı tərəfin təklif etdiyindən daha böyük məbləğ tələb edir. Neymarın nümayəndələri keçidin tez reallaşmasıı üçün "Barselona" rəhbərliyinə təsir göstərməyə çalışırlar. 

Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi