"Neftçi" - "Zirə" oyununa hər iki komanda qara sarğı ilə çıxıb

"Neftçi" - "Zirə" oyununa hər iki komanda qara sarğı ilə çıxıb bir dəqiqəlik sükut Premyer Liqanın XV turunda keçirilən bütün oyunlarına şamil olunur
Futbol
6 Dekabr , 2015 16:22
Neftçi - Zirə oyununa hər iki komanda qara sarğı ilə çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Zirə" oyunu bir dəqiqəlik sükutla başlayıb. "Report"un məlumatına görə, SOCAR-ın "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad edilib.

Üstəlik "Neftçi"nin futbolçuları meydana əllərində neftçilərin istifadə etdiyi dəmir baş geyimi ilə çıxıblar. Bir dəqiqəlik sükutdan sonra baş hakim Ramil Diniyev futbolçuları oyunun başlanması üçün mərkəzə dəvət edib.

Hər iki komanda meydana qara sarğı ilə çıxıb.

Qeyd edək ki, bir dəqiqəlik sükut Premyer Liqanın XV turunda keçirilən bütün oyunlarına şamil olunur.

Son xəbərlər

Orphus sistemi