"Neftçi" "Zirə"ni darmadağın edib "Qarabağ"a yaxınlaşdı

"Neftçi" "Zirə"ni darmadağın edib "Qarabağ"a yaxınlaşdı Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.
Futbol
17 Aprel , 2021 22:05
Neftçi Zirəni darmadağın edib Qarabağa yaxınlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 47-ci dəqiqədə çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. 74-cü dəqiqədə Mirabdulla Abbasov 2-ci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.

Bu nəticə ilə "qartallar"a qarşı 5 oyunluq qələbəsizlik seriyasına son qoyan "Neftçi" xallarını 46-ya çatdıraraq lider "Qarabağ"la fərqi minimuma endirib. "Zirə" isə 32 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında "Keşlə" evdə "Sabah"la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə "Qarabağ" səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib. "Sumqayıt" isə doğma meydanda "Qəbələ"yə 2 cavabsız qolla qalib gəlib.

Son xəbərlər

Orphus sistemi