"Neftçi" - "Zirə" matçının hakimləri müəyyənləşib

"Neftçi" - "Zirə" matçının hakimləri müəyyənləşib "Qəbələ" - "İnter" oyunu Rauf Cabbarova həvalə edilib
Futbol
11 Avqust , 2016 15:25
Neftçi - Zirə matçının hakimləri müəyyənləşib

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında II turun bütün təyinatları müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" və "Zirə" arasındakı görüşə baş hakim qismində Ramil Diniyev təyinat alıb. O, ilk turda AZAL - "Neftçi" matçının əlavə-köməkçi hakimi olub. Diniyev meydan sahiblərinin zərbəsindən sonra topun qapı xəttini keçmədiyini bildirərək qolu hesaba almayıb. Həmin görüşün baş hakimi olmuş Rəhim Həsənov isə təyinatsız qalıb.

11 avqust (cümə axşamı)

19:00. "Sumqayıt" – "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Şaiq Həmidov

"Kapital Bank Arena"

12 avqust (cümə)

20:00. "Qəbələ" – "İnter"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

"Dalğa Arena"

13 avqust (şənbə)

17:00. "Kəpəz" – AZAL

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

14 avqust (bazar)

21:00. "Neftçi" – "Zirə"

Hakimlər: Ramil Diniyev, Elman Musayev, Rahil Ramazanov, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Rövşən Əhmədov

"Əlincə" stadionu

Son xəbərlər

Orphus sistemi