"Neftçi" "Zirə" ilə heç-heçə edib

"Neftçi" "Zirə" ilə heç-heçə edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Futbol
3 aprel 2022 15:10
Neftçi Zirə ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

"Report"un məlumatına görə, III dövrənin son oyununda "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərində isə Tiaqo Bezerra 90+5-ci dəqiqədə penaltidən fərqlənib

59-cu dəqiqədə "qartallar"dan Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 77-ci dəqiqədə isə "Neftçi"dən Eddi İsrafilov eyni aqibəti yaşayıb. Bundan başqa, qonaqlar qol vurduqdan sonra ehtiyat oyunçular skamyasında Ağabala Ramazanov baş hakim İnqilab Məmmədovla mübahisə etdiyi üçün ardıcıl iki sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

Bu nəticədən sonra xalını 38-ə çatdıran "Neftçi" 2-ci, 36 xala malik "Zirə" 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi