"Neftçi" zədəli legionerlərin durumunu açıqlayıb

"Neftçi" zədəli legionerlərin durumunu açıqlayıb "Neftçi"nin zədəli futbolçuları Kenni Sayeflə Vato Arveladzenin durumuna aydınlıq gəlib.
Futbol
5 sentyabr 2022 11:36
Neftçi zədəli legionerlərin durumunu açıqlayıb

"Neftçi"nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.

Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, burnu sınan israilli yarımmüdafiəçi qoruyucu maska ilə məşqlərdə iştirak edə biləcək. O, "Sumqayıt"la oyundan öncə isinmə hərəkətləri zamanı Emin Mahmudovla toqquşma nəticəsində xəsarət alıb.

Matçın gedişində zədələnən gürcüstanlı hücumçu isə təqribən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 24 yaşlı forvarda budunun arxa qrup əzələsində kəskin gərilmə diaqnozu qoyulub.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi