“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib - YENİLƏNİB-7

“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib - YENİLƏNİB-7 Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib.
Futbol
18 noyabr 2023 18:57
“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib - YENİLƏNİB-7

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Neftçi” yoldaşlıq görüşü keçirib.

“Report”un məlumatına görə, bakılılar Rusiyanın “Zenit” klubu ilə qarşılaşıblar.

“Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

22:24

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə üçüncü qol vurulub.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada meydan sahibləri yenidən önə keçiblər.

Bu dəfə də Reziuan Mirzov fərqlənib. Rusiyalı vinger 61-ci dəqiqədə gözəl qolla hesabı 2:1 edib.

22:19

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə ikinci qol vurulub.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada qonaqlar fərqləniblər.

56-cı dəqiqədə Du Keyruş hesabı bərabərləşdirib - 1:1.

22:09

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə fasilə başa çatıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada ikinci hissə başlayıb.

İlk yarıdan sonra “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:50

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Hazırda “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:12

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşündə hesab açılıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Reziuan Mirzov rəqibi məyus edib.

Rusiyalı futbolçu 9-cu dəqiqədə adını tabloya yazdırıb.

21:02

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoldaşlıq görüşü başlayıb.

“Report” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşma saat 21:00-da start götürüb.

Matçı FIFA referisi Rauf Cabarov idarə edir.

Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

20:37

Yoldaşlıq görüşündə üz-üzə gələcək “Neftçi”nin və Rusiyanın “Zenit” klubunun start heyətləri bəlli olub.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi.

Baş məşqçi: Adrian Mutu.

“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistyakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Daniil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor.

Baş məşqçi: Sergey Semak.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da gerçəkləşəcək görüş saat 21:00-da başlayacaq. Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi