“Neftçi” yoldaşlıq görüşündə “Dinamo”ya uduzub

“Neftçi” yoldaşlıq görüşündə “Dinamo”ya uduzub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Neftçi komandası bu gün növbəti yoxlama oyununu keçirib.
Futbol
20 Yanvar , 2020 19:53
“Neftçi” yoldaşlıq görüşündə “Dinamo”ya uduzub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası bu gün növbəti yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, "ağ-qaralar" bu dəfə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib. Baş məşqçi Roberto Bordinlə yollarını ayıran "Neftçi" klubunu görüşə Füzuli Məmmədov çıxarıb.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. "Dinamo"dan Viktor Mikolenko 12-ci, Nazari Rusin 19-cu dəqiqədə fərqlənib. "Neftçi"nin təsəlli qolunu isə 69-cu dəqiqədə Vangelis Platellas vurub.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzub. Azərbaycan klubu son yoxlama görüşünü yanvarın 24-də Ukraynanın digər təmsilçisi "Desna"ya qarşı keçirəcək.

20 yanvar

Yoxlama oyunu

18:00. "Neftçi" - "Dinamo" (Kiyev, Azərbaycan) - 1:2

Qollar: Vangelis Platellas, 69 - Vitali Mikolenko, 12. Nazari Rusin, 19

Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mboc, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 18.Tural Axundov, 77.Donald Gerye, 93.Soni Mustivar.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 17.Rəhman Hacıyev, 26.Ömər Buludov, 27.Nabi Silla, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı.

Son xəbərlər

Orphus sistemi