"Neftçi" yeni şirkətlə əməkdaşlıq müqaviləsi bağladı

"Neftçi" yeni şirkətlə əməkdaşlıq müqaviləsi bağladı "Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
Futbol
18 Avqust , 2020 16:03
Neftçi yeni şirkətlə əməkdaşlıq müqaviləsi bağladı

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda ilə "Azəriqaz Layihə İnşaat” QSC arasında qarşılıqlı əməkdaşlığın edilməsi haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas və əvəzedici komandalarının oyun formalarının arxa hissəsində qarşı tərəfin əmtəə nişanı əks olunacaq. Həmçinin, rəsmi və qeyri-rəsmi ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində "Azəriqaz Layihə İnşaat” QSC-nin də loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Müqaviləyə əsasən, "Azəriqaz Layihə İnşaat” QSC "Neftçi”nin tikilməkdə olan "Türk Hava Yolları Futbol Mərkəzi”ndə işlərin davam etdirilməsində kluba dəstək göstərəcək.

Qeyd edək ki, "Azəriqaz Layihə İnşaat” QSC tikinti sənayesinin böyük şirkətlərindən biridir. Bir çox dövlət və özəl layihələri uğurla yerinə yetirib. Şirkətin fəaliyyət sahələrinə bütün növ qaz kəmərlərinin layihələndirilməsi və tikintisi daxildir. Həmçinin su və digər kommunikasiya xəttlərinin layihələrinin hazırlanması xidmətini də göstərir.

Son xəbərlər

Orphus sistemi