"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb

"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb "Neftçi" klubu yeni futbolçu transfer edib.
Futbol
17 Sentyabr , 2021 18:14
Neftçi yeni futbolçu ilə müqavilə bağlayıb
Xorxe Korrea

“Neftçi” növbəti transferini həyata keçirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi