“Neftçi”yə yeni baş məşqçi təyin olunub

“Neftçi”yə yeni baş məşqçi təyin olunub “Ağ-qaralar” Tərlan Əhmədova həvalə olunub
Futbol
11 Sentyabr , 2017 14:30
“Neftçi”yə yeni baş məşqçi təyin olunub
Neftchipfk.com

Bakı. 11 sentyabr. REPORT.AZ/ "Neftçi”nin əsas komandasına yeni baş məşqçi təyin olunub. 

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”a Tərlan Əhmədov rəhbərlik edəcək. 

45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq. 

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək. 

Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

Son xəbərlər

Orphus sistemi