"Neftçi" və "Sumqayıt"ın rəqiblərinin istəyi qəbul olundu

"Neftçi" və "Sumqayıt"ın rəqiblərinin istəyi qəbul olundu "Neftçi" və "Sumqayıt"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın "Şkupi" və "Şkendiya" komandalarının ölkə çempionatındakı oyunlarının vaxtı dəyişdirilib.
Futbol
17 Avqust , 2020 16:30
Neftçi və Sumqayıtın rəqiblərinin istəyi qəbul olundu

"Neftçi" və "Sumqayıt"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın "Şkupi" və "Şkendiya" komandalarının ölkə çempionatındakı oyunlarının vaxtı dəyişdirilib.

"Report" "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, klubların istəyini nəzərə alan yerli federasiya avqustun 23-nə planlaşdırılan qarşılaşmaların 2 gün tez keçirilməsinə icazə verib.

"Şkupi" səfərdə "Belaşitsa", "Şkendiya" isə "Makedoniya GJP" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 27-də oynanılacaq "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" görüşləri saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi