"Neftçi" və "Səbail" komandaları oyuna pankartla çıxıblar

"Neftçi" və "Səbail" komandaları oyuna pankartla çıxıblar "Neftçi" və "Səbail" komandaları Azərbaycan Premyer Liqasının XII tur oyununa birgə pankartla çıxıblar.
Futbol
377
27 Noyabr , 2021 18:24
Neftçi və Səbail komandaları oyuna pankartla çıxıblar

"Neftçi" və "Səbail" komandaları Azərbaycan Premyer Liqasının XII tur oyununa birgə pankartla çıxıblar.

"Report"un məlumatına görə, pankart üzərində "qadınlara qarşı zorakılığa son deyirik" yazılıb.

Həmçinin, "ağ-qaralar"ın oyunçuları qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə narıncı forma geyiniblər.

Matçı dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyir.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi