Bu gün "Neftçi" və "Səbail" komandaları Avropa Liqasında ilk oyununu keçirəcək

Bu gün "Neftçi" və "Səbail" komandaları Avropa Liqasında ilk oyununu keçirəcək Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.
Futbol
11 İyul , 2019 09:12
Bu gün Neftçi və Səbail komandaları Avropa Liqasında ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, I təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.

"Neftçi" Kişinyovdakı "Zimbru" stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə üzündən oynamayacaq. "Ağ-qaralar" bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantı - Rusiyanın "Arsenal" (Tula) komandasına rəqib olacaq. 

"Səbail" isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra olacaq.

Avropa Liqası 

I təsnifat mərhələsi

İlk oyunlar

11 iyul

20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya)

Baş hakim: Fyodor Zammit

Baş hakimin köməkçiləri: Dankan Sultana, Teodore Zammit

Dördüncü hakim: Mario Apap

(Hakimlər briqadası Maltadandır)

UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)

Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

Bakı, "ASCO Arena"

21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan)

Baş hakim: Tim Marşal

Baş hakimin köməkçiləri: Pol Robinson, Odri Neteri

Dördüncü hakim: Tomas Entoni Klark (Hakimlər briqadası Şimali İrlandiyadandır)

UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)

Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)

Kişinyov, "Zimbru" stadionu

Qeyd edək ki, "Səbail" - "Universitatya" matçı CBC International, "Sperantsa" - "Neftçi" görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi