"Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubuna keçidindən danışdı

"Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubuna keçidindən danışdı "Şkupi" ilə razılıq əldə etdiyim üçün çox şadam. Dünəndən Skopyedəyəm və komandada yaxşı atmosfer olduğunu gördüm".
Futbol
447
10 Avqust , 2020 16:39
Qarabağın sabiq futbolçusu Makedoniya klubuna keçidindən danışdı

"Şkupi" ilə razılıq əldə etdiyim üçün çox şadam. Dünəndən Skopyedəyəm və komandada yaxşı atmosfer olduğunu gördüm".

"Report"un məlumatına görə, bunu Makedniyanın "Şkupi" komandası ilə 1+1 illik müqavilə bağlayan Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə klubun rəsmi saytına açıqlamasında deyib.

Keçidi barədə danışan "Neftçi" və "Qarabağ"ın keçmiş müdafiəçisi yeni komandasının ilk oyununu izlədiyini və təəssüratlarının müsbət olduğunu bildirib: "Dünən "Şkendiya" ilə matçı izlədim. Düşünürəm ki, digər yeni transferlərlə birlikdə çempionluğa namizədlərdən olacağıq".

"Şkupi"nin baş məşqçisi Katip Osmanidən də söz açan Yunuszadə onun enerjili və əla xarakterə malik olduğunu söyləyib: "Əminəm ki, bu kollektivlə böyük işlər görəcəyik. Azarkeşlərə də sözüm var. Pandemiyaya baxmayaraq hər zaman klubun yanındadırlar. Bu, məni uğur qazanacağımıza daha da inandırdı. Çünki bu azarkeşlər tribunaya qayıtdıqdan sonra biz meydanda daha çox mübarizə aparacağıq".

Qeyd edək ki, Elvin Yunuszadə Azərbaycanda "Qarabağ" və "Neftçi" ilə yanaşı, "Səbail"lə "Sabah"ın da formalarını geyinib.

"Şkupi" Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. Oyun avqustun 27-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi