"Neftçi" və "Qarabağ"ın potensial rəqiblərinin adı böyük ölçüdə müəyyənləşib

"Neftçi" və "Qarabağ"ın potensial rəqiblərinin adı böyük ölçüdə müəyyənləşib Azərbaycan komandalarının UEFA Konfrans Liqasındakı potensial rəqibləri III təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.
Futbol
5 avqust 2021 21:03
Neftçi və Qarabağın potensial rəqiblərinin adı böyük ölçüdə müəyyənləşib

Azərbaycan komandalarının UEFA Konfrans Liqasındakı potensial rəqibləri III təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, İsraildə "Makkabi" (Hayfa) ilə Farer adalarının "Torshavn" komandası üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 7:2. Bu görüşün qalibi "pley-off" mərhələsində "Neftçi" ilə üz-üzə gələ bilər. Bu, flaqmanın Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını üstələməyəcəyi təqdirdə gerçəkləşəcək.

İslandiyada isə "Breydablik" Şotlandiya "Aberdin"ini qəbul edib. Bu qarşılaşmada isə qonaqlar qalib gəliblər - 3:2. Cütün qalibi növbəti mərhələdə "Qarabağ"la qarşılaşa bilər. Bundan ötrü Ağdam komandası Kipr AEL-ini üstələməyi bacarmalıdır.

Qeyd edək ki, "Neftçi" Bakıda HİK-lə 2:2 hesablı heç-heçə edib. Cavab görüşü iyulun 12-də Helsinkidə olacaq. Həmin gün "Qarabağ" paytaxtda Kipr AEL-ini qəbul edəcək. Səfər matçında Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv heç-heçəyə nail olub - 1:1.

Son xəbərlər

Orphus sistemi