"Neftçi" və "Qarabağ"ın oyunlarına hakim təyinatları açıqlanıb

"Neftçi" və "Qarabağ"ın oyunlarına hakim təyinatları açıqlanıb Azərbaycan Premyer Liqasında VII turun bütün təyinatları müəyyənləşdi:
Futbol
17 Oktyabr , 2021 11:15
Neftçi və Qarabağın oyunlarına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt" - "Neftçi" matçı FIFA referisi Elçin Məsiyevə, "Sabah" - "Qarabağ" görüşü isə Kamal Umudluya həvalə olunub.

17 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”.

18:45. “Sabah” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”.

Son xəbərlər

Orphus sistemi