"Neftçi" və "Dinamo"nun prezidentləri görüşdü

"Neftçi" və "Dinamo"nun prezidentləri görüşdü UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Gürcüstanın "Dinamo" (Tbilisi) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.
Futbol
14 İyul , 2021 16:41
Neftçi və Dinamonun prezidentləri görüşdü

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Neftçi” və Gürcüstanın "Dinamo" (Tbilisi) klublarının rəhbərliyi arasında rəsmi görüş olub.

"Report" xəbər verir ki, görüşdə "ağ-qaralar"ın prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Tbilisi təmsilçisinin rəhbəri Roman Pipiya və digər rəsmilər iştirak ediblər.

Quliyev həmkarına üzərində hər iki komandanın adları yazılmış Bakının portretini hədiyyə edib.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Dinamo" matçı saat 21:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi