"Neftçi" Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq

"Neftçi" Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşacaq Oyun yanvarın 8-də keçiriləcək
Futbol
19 Dekabr , 2016 17:22
Neftçi Türkiyənin Sivasspor klubu ilə qarşılaşacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubunun Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.

"Report"un məlumatına görə, "ağ-qaralar" "Sivasspor"la qüvvəsini sınayacaq.

Oyun yanvarın 8-də baş tutacaq. Toplanış ərzində Elxan Məmmədovun rəhbərlik etdiyi komandanın 5 yoxlama görüşü keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Neftçi" yanvarın 4-dən 21-dək qış hazırlığını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi