"Neftçi" Türkiyə toplanışının vaxtını açıqlayıb

"Neftçi" Türkiyə toplanışının vaxtını açıqlayıb "Neftçi" 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.
Futbol
29 İyun , 2022 12:39
Neftçi Türkiyə toplanışının vaxtını açıqlayıb

"Neftçi" 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

Ayın 1-də səfərə yollanacaq komanda üzvləri "The Sign Esentepe Hotel & Ski Center" hotelində məskunlaşacaqlar. "Ağ-qaralar" orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqqında daha sonra ətraflı məlumat veriləcək.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə olacaq. "AEK Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab matçı1 həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”daki qarşılaşma saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi