"Neftçi" Türkiyə klubu ilə matçda qələbəni əldən verib

"Neftçi" Türkiyə klubu ilə matçda qələbəni əldən verib Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.
Futbol
6 İyul , 2022 18:37
Neftçi Türkiyə klubu ilə matçda qələbəni əldən verib

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib. "The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı ilk hissədə "ağ-qaralar"ın yeni transferi Qodsvey Donyo açıb. "Sakaryaspor" oyunun sonlarında vurduğu qolla məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi