"Neftçi" toplanışı qələbə, "Qəbələ" isə məğlubiyyətlə başa vurub

"Neftçi" toplanışı qələbə, "Qəbələ" isə məğlubiyyətlə başa vurub Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Qəbələ" sonuncu yoxlama oyunlarını keçirib.
Futbol
228
24 Yanvar , 2022 18:16
Neftçi toplanışı qələbə, Qəbələ isə məğlubiyyətlə başa vurub

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" və "Qəbələ" sonuncu yoxlama oyunlarını keçirib.

"Report"un məlumatına görə, "ağ-qaralar" Polşanın "Qurnik" (Leçna), "qırmızı-qaralar" isə Çexiyanın “Bohemians" klubu ilə qarşılaşıb.

"Neftçi"nin görüşü minimal hesabla başa çatıb. Emin Mahmudovun 53-cü dəqiqədə vurduğu qol paytaxt təmsilçisinə qələbə qazandırıb.

"Qəbələ" isə "Bohemians"a 1:3 hesabı ilə uduzub. Əyalət təmsilçisinin heyətində 75-ci dəqiqədə penaltidən İsnik Alimi fərqlənib.

Hazırlıqlarını Bakıda davam etdirən "Keşlə" və "Səbail" komandaları da növbəti dəfə üz-üzə gəliblər. Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Qolları müvafiq olaraq, Əfran İsmayılov və Rəhman Hacıyev vurublar.

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

İlk oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" isə ikinci sınağında Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.

Son xəbərlər

Orphus sistemi