"Neftçi" təcili yardım nümayəndəsinə görə cərimələndi

"Neftçi" təcili yardım nümayəndəsinə görə cərimələndi İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın IV turu ilə bağlı qərarlar qəbul olunub.
Futbol
29 Sentyabr , 2020 14:39
Neftçi təcili yardım nümayəndəsinə görə cərimələndi

İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın IV turu ilə bağlı qərarlar qəbul olunub.

"Report" PFL-in saytına istinadən xəbər verir ki, “Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 800 manat cərimə olunublar.

“Keşlə” – “Zirə” görüşündə isə qonaq komanda oxşar səbəbdən eyni cəzaya məruz qalıb.

“Neftçi” – “Qəbələ” qarşılaşmasında oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi