"Neftçi" son dəqiqələrdə vurduğu iki qolla qələbə qazanıb

"Neftçi" son dəqiqələrdə vurduğu iki qolla qələbə qazanıb Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.
Futbol
16 Sentyabr , 2018 23:03
Neftçi son dəqiqələrdə vurduğu iki qolla qələbə qazanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.

"Report" xəbər verir ki, "Neftçi" təmirdən sonra yenidən istifadəyə verilən "Bakcell Arena"da "Keşlə"ni qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Anton Krivotsyuk vurub. Oyunda son nöqtəni isə artırma dəqiqələrində əks-hücumdan sonra Baqali Dabo qoyub.

Bununla da "Neftçi" xallarını 10-a yüksəldərək, liderliyini davam etdirib. "Keşlə" isə 1 xalla sonuncu pillədə qalıb.

Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı, "Sabah" "Qəbələ"ni yenib. "Səbail" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqası, IV tur

16 sentyabr (bazar)

21:00. "Neftçi” – "Keşlə” - 2:0

Qollar: Anton Krivotsyuk, 88. Baqali Dabo, 90+4

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Xaqani Məmmədov

"Bakcell Arena”.

Son xəbərlər

Orphus sistemi