"Neftçi" "Slovan"ın futbolçusunu icarəyə götürüb - ƏLAVƏ OLUNUB

"Neftçi" "Slovan"ın futbolçusunu icarəyə götürüb - ƏLAVƏ OLUNUB Yarımmüdafiəçi mövsümün sonunadək heyətə cəlb olunub
Futbol
161
30 Dekabr , 2016 09:53
Neftçi Slovanın futbolçusunu icarəyə götürüb - ƏLAVƏ OLUNUB

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakının "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, paytaxt təmsilçisi Çexiyanın "Slovan" klubunda çıxış edən Zdenek Folprexti icarəyə götürüb.

25 yaşlı yarımmüdafiəçi icarə əsasında cari mövsümün sonunadək "Neftçi"də çıxış edəcək. "Slovan"ın idman direktoru Yan Nezmar Liberets təmsilçisinin rəsmi saytına açıqlamasında xəbəri təsdiqləyib: "Zdenek çox əlverişli təklif alıb. Bu təklif "Slovan" üçün də münasibdir. Komandadakı ab-havanı dəyişmək istəyirik. Futbolçumuzun icarəyə verilməsinin xüsusi bir səbəbi yoxdur. Folprext tibbi müayinədən keçdikdən sonra hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, Zdenek Folprext Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıda və Liberetsdə keçirilmiş qarşılaşmalarda 90 dəqiqə meydanda olub. "Slovan" J qrupunda 4 xalla sonuncu pillədə qərarlaşaraq qitə turnirində mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi