"Neftçi" "Səbail"lə oyuna iki itki ilə hazırlaşır

"Neftçi" "Səbail"lə oyuna iki itki ilə hazırlaşır “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.
Futbol
24 Noyabr , 2021 15:17
Neftçi Səbaillə oyuna iki itki ilə hazırlaşır

“Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ikigünlük fasilədən sonra noyabrın 23-də hazırlığı bərpa edən komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.

“Sabah”la oyunda zədələnmiş qapıçı Aqil Məmmədov hazırlıqda iştirak etməyib. Zədəli hücumçu Tiaqo Bezerra isə komandadan ayrı çalışıb. Digər bütün futbolçuların qatıldığı məşq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da keçirləcək “Neftçi” – “Səbail” matçı saat 18:15-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi