"Neftçi"nin qapıçısına hipoksiya diaqnozu qoyuldu - YENİLƏNİB

"Neftçi"nin qapıçısına hipoksiya diaqnozu qoyuldu - YENİLƏNİB Sabah” komandası ilə Azərbaycan Premyer Liqasının XX tur matçının ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən Neftçinin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.
Futbol
7 mart 2020 18:50
Neftçinin qapıçısına hipoksiya diaqnozu qoyuldu - YENİLƏNİB

"Sabah” komandası ilə Azərbaycan Premyer Liqasının XX tur matçının ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib. 

"Report"un flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, stres nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyi üçün əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə əsasən, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Sabah"la oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 4:0.


*** 19:24

"Neftçi" Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la görüşdə itki ilə üzləşib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisinin qapıçısı Aqil Məmmədov sıradan çıxıb.

Halı pisləşən qolkiper görüşə davam edə bilməyib və meydanı xərəkdə tərk edib.

Onun yerinə 59-cu dəqiqədə meydana Səlahət Ağayev daxil olub.

Qeyd edək ki, hazırda "Neftçi" 3:0 hesabı ilə öndədir.

Son xəbərlər

Orphus sistemi