"Neftçi" "Sabah"ı məğlub edib

"Neftçi" "Sabah"ı məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Futbol
27 Fevral , 2022 18:59
Neftçi Sabahı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 50-ci dəqiqədə Sezar Meza Kolli vurub.

"Ağ-qaralar" qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Son ölkə çempionu "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Sabah" isə 20 xalla 5-cidir.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi