"Neftçi" rəsmisi: "Yalnız bir baş məşqçini qovmuşuq"

"Neftçi" rəsmisi: "Yalnız bir baş məşqçini qovmuşuq" "Yalnız bir baş məşqçini qovmuşuq, o da belə olmalı idi"
Futbol
24 May , 2021 15:51
Neftçi rəsmisi: Yalnız bir baş məşqçini qovmuşuq

"Sizə bir sirr açım: İndiyədək heç bir baş məşqçinin qarşısına çempionluq hədəfi qoyulmayıb. Hədəf birinci yer uğrunda savaş, mübarizə, canını qoymaq və qazanmaqdan ibarət olub. Amma mütləq birinci olmalısan, əks halda, səni istefaya göndərəcəyik söhbəti olmayıb".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klub televiziyasında yayımlanan "Hömsöhbət" verilişində deyib.

"Ümumiyyətlə, biz bir nəfərdən başqa heç bir baş məşqçini "Neftçi"dən qovmamışıq. Yalnız bir baş məşqçini qovmuşuq, o da belə olmalı idi. Qalanları isə özləri gedib. Çünki "Neftçi"də çalışmaq çox çətin məsələdir", - Qəhrəmanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi