​"Neftçi" Rauf Əliyevin transferini rəsmiləşdirib

​"Neftçi" Rauf Əliyevin transferini rəsmiləşdirib "Zəngin tarixi və böyük iddiası olan komandaya gəldiyim üçün xoşbəxtəm"
Futbol
6 Yanvar , 2015 15:16
​Neftçi Rauf Əliyevin transferini rəsmiləşdirib

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubu Azərbaycan yığma komandasının futbolçusu Rauf Əliyevlə müqavilə bağlayıb. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu növbəti 1,5 il ərzində paytaxt klubunun formasını geyinəcək.

R.Əliyev klubun rəsmi saytına açıqlamasında "Neftçi"də oynamağın şərəf olduğunu söyləyib. Üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan hücumçu azarkeşlərin sevgisi və dəstəyi sayəsində qolları sıralayacağını deyib: "Zəngin tarixi və böyük iddiası olan komandaya gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək yığmamıza da faydalı olum".

Qeyd edək ki, Rauf Əliyev cari mövsümün ilk yarısını "Xəzər Lənkəran"da keçirib. 

Son xəbərlər

Orphus sistemi