Bakı. 13 dekabr. REPORT.AZ/ "Neftçi" klubu qış fasiləsində 4 futbolçusunu icarəyə göndərəcək.
"Report"un xəbərinə görə, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüseynzadə jurnalistlərlə söhbətində məlumat verib.
O bildirib ki, müdafiəçilər - Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər - Tərzin Canahgirovla Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.