"Neftçi", "Qəbələ" və "Zirə" Antalyada sonuncu matçına çıxır

"Neftçi", "Qəbələ" və "Zirə" Antalyada sonuncu matçına çıxır Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 klubu sonuncu yoxlama oyununa çıxacaq
Futbol
24 Yanvar , 2022 09:42
Neftçi, Qəbələ və Zirə Antalyada sonuncu matçına çıxır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq.

"Report"un məlumatına görə, "Neftçi" Polşanın "Qurnik" (Leçna) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Zirə" Şimali Makedoniyanın "Breqalnitsa" kollektivi ilə görüşəcək. Bu oyun saat 17:00-a təyin edilib.

"Qəbələ" Çexiya “Bohemians"ı ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu matç isə saat 16:30-da başlanacaq.

Hazırlıqlarını Bakıda davam etdirən "Keşlə" və "Səbail" komandaları da növbəti dəfə üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti saat 15:00-da çalınacaq. Yanvarın 18-dəki görüşdə "Keşlə" qələbə qazanıb - 2:0.

Qeyd edə ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.

Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0.

"Zirə" ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə məğlub olubsa, "Qurnik" (Leçna) komandası ilə bərabərə qalıb - 2:2.

Son xəbərlər

Orphus sistemi