"Neftçi" "Qəbələ"yə məğlubiyyətdən qurtuldu

"Neftçi" "Qəbələ"yə məğlubiyyətdən qurtuldu Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.
Futbol
2911
27 Sentyabr , 2020 20:55
Neftçi Qəbələyə məğlubiyyətdən qurtuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb - 1:0. İlk qolu 32-ci dəqiqədə cərimə zərbəsindən qonaq komandanın futbolçusu Rövlan Muradov vurub. O, qol sevincini Dağlıq Qarabağda işğal olunmuş torpaqlarımızın ermənilərdən azad olunması üçün hərbi əməliyyatlara başlayan Azərbaycan ordusuna dəstək əlaməti kimi əsgər salamı ilə qeyd edib. 

"Neftçi"dən isə 90+4-cü dəqiqədə Sabir Buqrin fərqlənib. 

Bununla da ilk qələbə şansını əldən verən "Qəbələ" xalını 3-ə çatdırsa da, sonuncu pillədə qalıb. Qələbə qazanmadığı üçün vahid liderə çevrilə bilməyən "Neftçi" isə 7 xalla ilk "3-lüy"ə daxil olub. 

Azərbaycan Premyer Liqası, IV tur

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ” - 1:1

Qollar: Sabir Buqrin, 90+4 - Rövlan Muradov, 32
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”

Qeyd edək ki, turun digər matçlarında "Səbail" evdə "Sabah"ı 2:1, "Zirə" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi