"Neftçi" "Qəbələ" ilə səfər oyununa ciddi itkilərlə çıxacaq

"Neftçi" "Qəbələ" ilə səfər oyununa ciddi itkilərlə çıxacaq "Neftçi" "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur oyununa da ciddi itkilərlə çıxacaq
Futbol
917
7 Dekabr , 2021 12:41
Neftçi Qəbələ ilə səfər oyununa ciddi itkilərlə çıxacaq

"Neftçi" "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur oyununa da ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, zədəli qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc, yarımmüdafiəçilər Sezar Meza Kolli ilə Xorxe Korrea matçı buraxacaq.

Flaqmanın "Sumqayıt"la qolsuz heç-heçə etdiyi XIII tur matçından əvvəl əzələsini dartan Yusuf Lavalın və temperaturu yüksək olan Romen Baskın durumu isə hələlik bəlli deyil.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı dekabrın 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi