"Neftçi" - "Qarabağ": Biletlərin qiyməti açıqlanıb

"Neftçi" - "Qarabağ": Biletlərin qiyməti açıqlanıb Azərbaycan Premyer Liqasının III turunda "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılacaq.
Futbol
10 Sentyabr , 2021 12:07
Neftçi - Qarabağ: Biletlərin qiyməti açıqlanıb

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri bu gün saat 14:00-dan sonra satışa çıxarılacaq.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün və sabah saat 18:00-dək, oyun günü isə 20:30-dək işləyəcək.

Qeyd edək ki, sentyabrın 12-də “Bakcell Arena” oynanılacaq "Neftçi" - "Qarabağ" matçı saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi