Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əvvəlləri qarşılıqlı hücumlar şəraitində keçsə də, Ağdam klubu 10-cu dəqiqədən sonra təşəbbüsü ələ alıb. Bunun məntiqi nəticəsi kimi, 5 dəqiqə sonra Abdullah Zubir meydan sahiblərinin 2 müdafiəçisini aldadaraq qapı isti qamətində zərbə endirib. Lakin İvan Brkiç fransalı yarımmüdafiəçinin fərqlənməsoinə imkan verməyib. 25-ci dəqiqədə matçda hesab açılıb. Kadi Borges uzaq məsagfədən qapını dəqiq nişan alıb. Ardınca müdafiəçilərin kobud səhvindən sonra Ramil Şeydayev qolkoiperlə təkbətək çıxsa da, fərqlənə bilməyib. “Qarabağ”ın çoxsaylı hücum cəhdlərinə baxmayaraq, ilk hissədə hesab dəyişməyib.
Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” 62-ci dəqiqədə fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.
Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyini möhkəmlədib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk oyununda "Zirə" səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında 3-cü qol vurulub.
"Report"un məlumatına görə, meydan sahiblərinin heyətində Mert Çelik 82-ci dəqiqədə fərqi minimuma endirib.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ikinci qol vurulub.
"Report"un məlumatına görə, 62-ci dəqiqədə Kadi Borges dubl edib.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, birinci yarıdan sonra qonaqlar hesabda öndədirlər - 1:0.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Ağdam klubu fasiləyə minimal hesablı üstünüklə yollanıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Kadi Borges vurub.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçında hesab açılıb.
"Report"un məlumatına görə, 25-ci dəqiqədə qonaqların heyətində Kadi Borges fərqlənib.
"Neftçi" və "Qarabağ" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçı start götrürüb.
"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşmanı Kamal Umudlu idarə edir.
Qeyd edək ki, hazırda paytaxt klubu 22 xalla 4-cü, Ağdam təmsilçisi isə 33 xalla ilk pillədə qərarlaşıb.