"Neftçi" "Qarabağ"la Qəbələdə qarşılaşacaq

"Neftçi" "Qarabağ"la Qəbələdə qarşılaşacaq Qəbələdə təlim məşq toplanışında olan "Neftçi" futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Futbol
616
21 İyul , 2020 16:04
Neftçi Qarabağla Qəbələdə qarşılaşacaq

Qəbələ rayonunda təlim məşq toplanışında olan "Neftçi" futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, komanda iyulun 26-da "Sumqayıt", iyulun 30-da isə "Qarabağ"la qarşılaşacaq. 

Qeyd edək ki, "Neftçi" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 37 xalla ikinci pillədə bitirib və Avropa Liqasına vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi