"Neftçi" “Qarabağ”ın qol seriyasını qırıb

"Neftçi" “Qarabağ”ın qol seriyasını qırıb “Qarabağ” klubunun Azərbaycan Premyer Liqasında qol seriyası qırılıb.
Futbol
4 noyabr 2019 08:00
Neftçi “Qarabağ”ın qol seriyasını qırıb

“Qarabağ” klubunun Azərbaycan Premyer Liqasında qol seriyası qırılıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, X turda “Neftçi”nin qonağı olan Ağdam təmsilçisi mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.

Cari mövsümün əvvəlki 9 qarşılaşmasında 19 topa imza atan “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda komanda 26 dəfə rəqib qapısına yol tapıb.

Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən "Köhlən atlar"ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.

Son xəbərlər

Orphus sistemi