"Neftçi" "Qarabağ"ı geri, "Legiya"nı irəli saldı

"Neftçi" "Qarabağ"ı geri, "Legiya"nı irəli saldı "Neftçi" klubunun Azərbaycan Premyer Liqasının qalibi olması Polşa "Legiya"sını da irəli salıb
Futbol
693
21 May , 2021 15:23
Neftçi Qarabağı geri, Legiyanı irəli saldı

"Neftçi" klubunun Azərbaycan Premyer Liqasının qalibi olması Polşa "Legiya"sını da irəli salıb.

"Report"un məlumatına görə, bu, "Qarabağ" üzərində son turda qazanılmış 1:0 hesablı qələbədən sonra baş verib. Bakı komandası reytinqcə aşağı olduğu üçün Varşava təmsilçisi püşkatma zamanı Çempionlar Liqasının II təsnifat mərhələsində yer alacaq.

Bu isə o deməkdir ki, "Legiya" iki görüşündən qalib ayrılsa, ən azı Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, "Legiya"nın tezliklə "Qarabağ" və Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi