"Neftçi" - "Qalatasaray" oyununun hakimləri məlum oldu

"Neftçi" - "Qalatasaray" oyununun hakimləri məlum oldu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Qalatasaray” matçının təyinatları açıqlanıb. Oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəkl
Futbol
643
7 Sentyabr , 2020 11:19
Neftçi - Qalatasaray oyununun hakimləri məlum oldu
Kevin Klensi

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi” və Türkiyənin "Qalatasaray” komandaları arasında keçiriləcək matç üçün hakim təyinatları müəyyənləşib.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensiyə Devid MakGişi və Qrem Stüart yan xətt, Euan Anderson isə dördüncü hakim qismində kömək edəcək. UEFA nümayəndəsi ukraynalı Svetlana Şkil, hakim-inspektor isə albaniyalı Sokol Jaresi olacaq.

2012-ci ildən beynəlxalq oyunlara təyinat alan Kevin Klensi əvvəllər də Azərbaycan komandalarının oyunlarını idarə edib. 37 yaşlı ədalət təmsilçisi 2015/2016 mövsümündə "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda "Mladost"la 1:1 hesablı heç-heçə ilə başa çatan görüşün baş hakimi olub.

Şotlandiyalı referi həmçinin "Qarabağ"ın 2016/2017 mövsümündə Çempionlar Liqasında II təsnifat mərhələsinin eyni hesabla bitən "Düdelanj"la Lüksemburqdakı matçını idarə edib.

Klensi 2012/2013 mövsümündə "İnter"in (hazırkı "Keşlə) Avropa Liqasının I təsnifat mərhələsində "Trans Narva" ilə evdə 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada iş başında olub. Referi 2012-ci ildə Azərbaycanın U-17 komandasının İspaniyaya 0:2 hesabı ilə uduzuduğu Avropa çempionatının seçmə matçına da təyinal alıb.

Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi