UEFA Avropa Liqasında III təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimindən öncə səbətlərə bölgüdə qruplaşma aparıb.
"Report"un məlumatına görə, II təsnifat mərhələsində "Neftçi" və Türkiyənin "Qalatasaray" komandaları arasında təşkil olunacaq görüşün qalibi daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətinə düşüb. Potensial rəqiblər isə bunlardır:
"Sönderyüske" (Danimarka)
B36 (Torshavn, Farer adaları) - TNS (Uels) cütünün qalibi
"Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi
"Olimpiya" (Lyublyana, Sloveniya) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlanacaq.