"Neftçi" Premyer Liqaya qələbə ilə başladı

"Neftçi" Premyer Liqaya qələbə ilə başladı Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün I turunda daha bir qarşılaşma keçirilib.
Futbol
709
21 Avqust , 2020 22:25
Neftçi Premyer Liqaya qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün I turunda daha bir qarşılaşma keçirilib. 

"Report"un məlumatına görə, "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib. 

"Bakcell Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Namiq Ələsgərov 16-cı və 66-cı dəqiqələrdə fərqlənib. 79-cu dəqiqədə isə Peyman Keşavarz fərqi azalda bilib. 

Qeyd edək ki, günün ilk matçında "Keşlə" səfərdə "Sumqayıt"ı minimal hesabla üstələyib - 1:0. Avqustun 22-də "Qarabağ" - "Sabah", 23-də isə "Qəbələ" - "Zirə" oyunu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi