Bakı. 31 yanvar. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. "Report"un məlumatına görə, Bakının AZAL klubu eyniadlı arenada "Neftçi"ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. AZAL-ın hər iki qolunu Freddi Mombonqo 26-cı və 90+2-ci dəqiqələrdə vurub. "Neftçi"dən isə 68-ci dəqiqədə penalti zərbəsi ilə Nikolas Kanales fərqlənib. Bununla da mövsümün qış fasiləsindən sonra keçirilən ilk turda daha bir iddialı klub büdrəyib. Ötən gün "İnter" öz meydanında "Sumqayıt"ı yenə bilməyib - 0:0.
Qeyd edək ki, tura fevralın 1-də keçiriləcək "Simurq" - "Xəzər Lənkəran" və "Bakı" - "Qəbələ" matçları ilə yekun vurulacaq.