"Neftçi" baş məşqçisi ilə bağlı qərar verib

"Neftçi" baş məşqçisi ilə bağlı qərar verib Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Futbol
2225
24 Noyabr , 2021 19:22
Neftçi baş məşqçisi ilə bağlı qərar verib
0 : 00
0 : 00

“Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil olunmuş yığıncaqda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.

Sonra Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda baş məşqçiyə dəstək verən üzvlər Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi