"Neftçi" paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

"Neftçi" paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb Paytaxt klubu Fransisko Xavyer Qarsiyanı heyətinə cəlb edib
Futbol
17 Yanvar , 2018 09:09
Neftçi paraqvaylı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

“Report” klubun rəsmi saytına istiandən xəbər verir ki, “ağ-qaralar” paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə birillik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi