"Neftçi" - "Olimpiakos" matçının saatı və hakimləri açıqlandı

"Neftçi" - "Olimpiakos" matçının saatı və hakimləri açıqlandı "Neftçi"nin Yunanıstan "Olimpiakos"u ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Futbol
15 İyul , 2021 11:54
Neftçi - Olimpiakos matçının saatı və hakimləri açıqlandı
Rikardo de Burqosa

"Neftçi"nin Yunanıstan "Olimpiakos"una qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, iyulun 28-də Bakıda oynanılacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Görüşün referisi Rikardo de Burqosa yan xətt hakimləri Roberto del Palomar, Yon Nunyes köməklik göstərəcklər. Dördüncü hakim funksiyasını isə Adrian Kordero yerinə yetirəcək.

"Bakcell Arena"da gerçəkləşəcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş isə iyulun 21-də Yunanıstanda olacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi