"Neftçi" növbəti transferini açıqladı

"Neftçi" növbəti transferini açıqladı “Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
Futbol
17 İyul , 2021 00:33
Neftçi növbəti transferini açıqladı

“Neftçi” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mərkəz müdafiəçisi Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı oyunçu 4 nömrəli formanı geyinəcək.

Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Son xəbərlər

Orphus sistemi