"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu

"Neftçi"nin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu "Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.
Futbol
16 Oktyabr , 2020 09:41
Neftçinin yeni transferinə ödəyəcəyi məbləğ bəlli oldu

"Neftçi"nin yeni transferi Bruno Teluşinin paytaxt klubunda qazanacağı məvacib məlum olub.

"Report" "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, flaqman albaniyalı dayaq yarımmüdafiəçisinə bir mövsüm üçün 100 000 avro ödəyəcək.

29 yaşlı oyunçu ilə mövsümün sonunadək sözləşmə bağlanıb. O, yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Super Kubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi