"Neftçi"nin yeni transferi və aparıcı legioneri zədələnib

"Neftçi"nin yeni transferi və aparıcı legioneri zədələnib "Neftçi" klubunun iki futbolçusu "Qəbələ"yə qarşı keçirilən yoldaşlıq matçında zədələnib.
Futbol
9 Oktyabr , 2021 16:31
Neftçinin yeni transferi və aparıcı legioneri zədələnib

"Neftçi" klubunun iki futbolçusu "Qəbələ"yə qarşı keçirilən yoldaşlıq matçında zədələnib.

"Report"un məlumatına görə, "ağ-qaralar"ın heyətində Xorxe Korrea və Yusuf Laval görüşü davam etdirə bilməyiblər.

Agentinalı yeni transfer 15-ci, nigeriyalı yarımmüdafiəçi isə 33-cü dəqiqədə sıradan çıxıb. Korreanı Ramon Maçado, Lavalı isə Fəhmin Muradbəyli əvəzləyib.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab "Neftçi"nin xeyrinədir - 1:0. Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Tiaqo Bezerra vurub.

Son xəbərlər

Orphus sistemi